Avtobus sürücüləri sərnişinləri belə təhlükəyə atır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İçərisi sərnişinlə dolu olan avtobus əks istiqamətdə hərəkət edir. Daha sonra isə başqa bir marşurut xəttinə aid avtobusun sürücüsü də eyni hərəkəti edir. Milli.Az bildirir ki, təqdim etdiyimiz görüntülərdən aydın görünür ki, iki sərnişin avtobusu nəsimi rayonu Abdul Vahab Salamzadə küçəsində əks istiqamətdə hərəkət edir.

Araşdırmalarımız zamanı məlum oldu ki, qaydaları pozan avtobuslar 199 və 67 saylı marşurut xətlərinə aiddir

Pik saatlarda həmin küçədə olan və Papanin körpüsü adlanan ərazidə avtobuslar mütəmadi olaraq bu qayda pozuntusuna yol verirlər.

Bunun səbəbini ilk öncə elə avtobus sürücülərindən soruşduq. Bəziləri suallarımızı cavablandırmaqdan yayınsalar da, bəziləri qaydanın davamlı olaraq pozulduğunu etiraf etdi.

199 saylı xəttin nəzarətçisi Elxan Məmmədov bildirdi ki, insanların işə və ya evlərinə gediş-gəlişdə gecikməməsi üçün sürücülər bu addımı atır.

Bakı Nəqliyyat Agentliyinin İctimaətlə əlaqələr və Marifləndirmə şöbəsinin müdiri Mais Agayev bildirdi ki, həmin daşıyıcı şirkətlərə sərt xəbərdarlıqlar ediləcək.

Mais Ağayev əlavə etdi ki, avtobuslar bir mənalı olaraq müəyyən edilmiş marşurutlar üzrə hərəkət etməlidir. /xezerxeber.az/

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüləri sərnişinləri belə təhlükəyə atır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir