Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı-Qazax yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki, Ağstafa rayon Qırlı kənd sakini, 1989-cu il təvəllüdlü İlahə Şəhvələt qızı Sadıqova yolu keçən zaman yük maşını (TIR) tərəfindən vurulub. Piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobil Türkiyəyə yük aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir