“35 illik fəaliyyətim 2 aya görə kənara atıla bilməz”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İtaliya millisinin sabiq baş məşqçisi Campiero Ventura fəaliyyətini davam etdirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis 2 aylıq sükutu pozaraq yerli mətbuata açıqlama verib.

“Mənim üzərimdə böyük təzyiq vardı. Bunun nəticəsi çox ağır oldu. futbolda heç kim təkbaşına qalib gəlmir, yaxud uduzmur. Bir sıra həqiqətlər var. Onlar ortaya çıxanda hər şey aydınlaşır. İşimə davam etməyə güclü istəyim var. Məqsədim bacarığıma şübhə edənlərə cavab verməkdir. 35 illik fəaliyyətim 2 aya görə kənara atıla bilməz. İtaliyanın baş məşqçisi kimi macəram hələ İspaniya millisinə məğlubiyyətdən sonra başa çatmışdı. Karyeramı bərpa etmək istəyirəm. Bunu polemika və açıqlamalarla etmək fikrində deyiləm. Bunu futbol vasitəsilə, yaxşı nəticələr qazanmaqla və nəyə qadir olduğumu göstərməklə edə bilərəm”.

Venturanın rəhbərlik etdiyi İtaliya millisi dünya çempionatının pley-off oyunlarında İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundialdan kənarda qaldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp