Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.

Yubiley gecəsində Respublikanın Xalq artistləri Konsertdə Respublikanın Xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Brilliant Dadaşova, Gülyaz Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, İlqar Muradov, Lalə Məmmədova, Aqşin Abdullayev, İsfar Sarabski, Rəşad İlyasov, tanınmış ifaçılar Ayaz Qasımov, Nadir Qafarzadə, Zamiq Hüseynov, Fuad Musayev, Zabitə Alıyeva, Vüsalə Əsgərova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Kənan Qədimov, Aytən Məhərrəmova, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp