Əməkdar artisti toyda “TOK” VURDU – 14 saat komada qaldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünən “5/5” verilişinin qonağı olan Yusif Mustafayev toyda başına gələn xoşagəlməz hadisədən danışıb.

Milli.Az xəbər verir ki, əməkdar artist canlı yayımda bu etirafı ilə hər kəsi təəccübləndirib.

Sözügedən açıqlamanı təqdim edirik:

“1981-ci ilin aprelin 28-ində indiki “Heydər Əliyev” adına sarayda konsert var idi. Orada ifa etdim. Çox zil səsim var idi, böyük bir zənguləm var idi. Mayın 1-ində kəndə getdim, yoldaşım kənddə idi. Oradan Salyana toya gəldim. Bu hadisə də orada oldu. Onu bilirəm ki, 14 saat komada qalmışam. Deməli, axşam saat 7-də oldu bu hadisə. Toy təzə başlayırdı. Sabah səhər saat 10-da gözümü açdım ki, atam, əmim durub başımın üstündə. Mən onda elə bir bəlaya gəldim. Amma o “tok” vurmasının bir yaxşı xüsusiyyəti var. O vaxtdan bir dənə də ağrı-acım yoxdur. Dişlərim hamısı özümündür”. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp