“Əlimdən gəldiyi qədər istədim ki, oyunum yaxşı alınsın”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.

Milli.Az xəbər verir ki, milliyə uzun müddətdən sonra dəvət almış yarımmüdafiəçi report-un Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:

– Öz oyununu və yığma komandanın çıxışını necə dəyərləndirirsiniz?

– Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunuma çıxdım. Sağ olsun, mənə inanıb-güvənərək şans verdi. Çoxdandır yığmada oynamırdım. Əlimdən gəldiyi qədər istədim ki, oyunum yaxşı alınsın. Bilmədim nə dərəcədə alındı. Bunu tamaşaçılar və baş məşqçi deyə bilər.

##621215##

Mənim üçün çox sevindirici haldır. Bir neçə gündür millidəyəm. Oyundan-oyuna çıxışımı yaxşılaşdırmaq üçün həm klubumda, həm də yığmada əlimdən gələni əsirgəməyəcəyəm.

– Yenidən dəvət alacağınıza inanırsınız?

– Bunu mən yox, baş məşqçi deyə bilər. Çağırsa, can-başla gələrək, əlimizdən gələni etməliyik. Hər bir futbolçu dəvətə hazır olmalıdır.

– Daha çox hücum edən tərəf olsanız da, qalib gələ bilmədiniz. Səbəbini necə izah edə bilərsən?

– Futboldur. Nə deyə bilərəm? Olmayanda olmur.

– Yəqin ki, nəticə sizi qane etmədi?

– Əlbəttə, qane edə bilməz. Hər bir komanda meydana qələbə üçün çıxır. Eləcə də biz udmaq istəyirdik. Amma alınmadı. Gələcək oyunlarda düzələr.

– Çoxdandır yarımmüdafiənin mərkəzində oynamırdınız…

– Doğrudur. Amma nə etmək olar? Baş məşqçi harada deyirsə, orada da oynamalıyam.

– Boş tribunalar önündə oynamaq çətin olmadı?

– Xeyr, çətin deməzdim. Tribunaya heç fikir də vermədim. Bir də ki, tribunada sizlər kimi gözəl qardaşlarımız var idi. Niyə boş olur ki?!

 Hər halda azarkeş dəstəyi başqadır…

– Düzdür, jurnalistlə azarkeş dəstəyi fərqlidir. Amma düşünmürəm ki, bu amil oyunumuza təsir göstərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp