“Zeytun budağı”nda Türkiyənin itkiləri barədə RƏSMİ AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatının başladığı gündən Türkiyə Silahlı Qüvvələri 5 hərbçi itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir əlavə edib ki, əməliyyatlar zamanı müxalif “Azad Suriya Ordusu”nun 20 üzvü də həlak olub.

Qeyd edək ki, son sutka ərzində Afrində 2 kənd terrorçulardan azad edilib.

Ümumilikdə, yanvarın 20-dən bugünədək 649 terrorçu və 458 hədəf məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp