Yevlaxda Türkmənistana gedən yük maşını qəzaya uğrayıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində yük maşını dairəyə daxil olan zaman maneəyə çırpılaraq qəzaya uğrayıb.
Milli.Az “Report”a istinadən bildirir ki,nəticədə avtomobilə ciddi ziyan dəyib, onun yanacağı isə ətrafa dağılıb. Qəza maşının təkərinin partlaması nəticəsində baş verib.
Hadisə zamanı Türkmənistan vətəndaşı olan 1979-cu il təvəllüdlü sürücü Həbibullayev Tacmühəmməd Niyazməhəmməd oğlu xəsarət alıb.
Əldə edilən məlumatlara görə, maşın Türkmənistana yük daşıyırmış.
Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub. Qəza baş verən yerdə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin