Türk Təbiblər Birliyinin Mərkəzi Şurasının üzvləri saxlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə silahlı qüvvələrinin Afrindəki əməliyyatına qarşı çıxaraq “müharibə xalqın səhhətinə aid məsələdir” deyən Türk Təbiblər Birliyinin (TTB) Mərkəzi Şurasının 11 üzvü saxlanıb.

Bundan əvvəl Türkiyə hakimiyyəti Afrin əməliyyatına qarşı çıxan və ya onu tənqid edən şəxsləri təqib edəcəyi barədə xəbərdarlıq etmişdi.

Tutulanların arasında siyasətçilər, jurnalistlər və fəallar da olub.

Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, TTB rəsmilərinin “11 rəhbərinin saxlanması barədə qərar verilmişdir”.

Saxlanan rəsmilər arasında TTB rəhbəri Raşit Tükellə yanaşı təşkilatın Mərkəzi Şurasının üzvləri də var. Bunlar Sezai Berber, Sinan Adıyaman, Selma Güngör, Şeyhmus Gökalp, Hande Arpat, Ayfer Horasan, Taner Gören, Funda Obuz, Yaşar Ulutaş və Nazım Yılmazdır.

Saxlanmış həkimlərin xəstəxanadakı otaqlarında da axtarış aparılacağını bildirilir.

Polis TTB Baş Qərargahında reyd həyata keçirib. Binada axtarış aparılır.

Həbslər

Türkiyədə Suriyadakı sərhəd boyunca ölkənin hərbi əməliyyatını tənqid edən onlayn mesajlar yazmış 300-dən çox adam həbs olunub.

Kürdləri Suriyanın şimali bölgəsi Afrindən çıxarmaq üçün başladılan hərbi əməliyyatı tənqid edən mesajlar sosial şəbəkələrdə paylaşılıb.

Mesajları yazan sosial şəbəkə istifadəçiləri “terrorçu təbliğatını yaymaq” ittihamı ilə saxlanıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp