Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri saxlanılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəriRəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: “Türk Təbiblər Birliyi deyilən qurum “Savaşa xeyr” adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin “Barışa hə” dediklərini eşitmədik”.

Qeyd edək ki, 83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp