Tbilisi metrosunda xəsarət alanlar arasında azərbaycanlı var?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Milli.Az xəbər verir ki, bunu apa-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samirə Ağayeva deyib.

“Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, – deyə S.Ağayeva əlavə edib. 

Qeyd edək ki, Tbilisi metrosunun “Varketili” stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp