Tarik Elyunussi “Qarabağ”ı tərk etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” klubunun düşərgəsini tərk edib. 

Milli.Az xəbər verir ki, bu barədə report-a Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan “Olimpiakos”unun istəyilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında “Qarabağ”da çıxış etməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, “Qarabağ” Tarik Elyunussini 2017-ci ilin yayında “Olimpiakos”dan 1 illik icarəyə götürüb.  Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp