“Tənha otağa çəkilib ağlayırdım…” – Cəmilə etiraf etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Evlilikdən əli bala batmayan aktrisa Cəmilə Tağızadə artıq vətəndədir.

Milli.Az bildirir ki, ARB TV-nin “Şou Məkan” verlişinə qonaq olan aktrisa başına gələnləri danışıb:

“Necə deyərlər, millətimə, Vətənimə qurban olum. Düzdür, mənə orada yad kimi davranmırdılar. Mehriban, qonaqpərvər, millətsevərdilər. Onlar da türkdür, biz də türkük. Yad deyilik ki… Mən Antraktidaya gəlin köçməmişəm ki… Qonşu dövlətə getmişəm, eyni dil, eyni mədəniyyət. Fərqimiz az ola bilər. Düşünürəm ki, yavaş-yavaş adaptasiya oluram”.

Cəmilə, eyni zamanda, gəlin köçəndən sonra geyimlərinin dəyişməsindən danışıb:  

“Görürsünüz də, tam olaraq dəyişmişəm. Onsuz, mən elə də açıq-saçıq geyinmirdim. Daha indiki kimi qapalı da geyinmirdim. Həyat yoldaşım sağ olsun…Məni necə qapatdırdısa… Düşünürdüm ki, ailə həyatı quracam və hər şey nağıllardakı kimi olacaq. Özünüz yaxşı bilirsiniz ki, əziz xanımlarımız, nağıllardakı kimi olmur, əliniz bala batmır. Xoşbəxt ailənin olmasını istəyirsənsə, onda bir-birinizin sözü boğazınızdan keçməlidir”.

Aktrisanın statuslarındakı qəmginliyin səbəbini də izah edib:

“Mən deyim o statuslar nəylə bağlıdır. Bu Vətəndən uzaqda qalmaq həsrəti , qəribçilikdəndir. Ailəmdən uzağam. 30 yaşıma kimi anamdan bu qədər uzaq qalmamışam. 4 aydır ki, anamla bir-birimizi görmürük. Video-görüntüylə əlaqə saxlayırıq, amma real görmürük. Anam sağ olsun. Evləndikdən sonra məni Türkiyədə qoydu gəldi Azərbaycana ki, öyrəş. Ailə həyatına alış, məsuliyyətini dərk elə. Bir yerdə qalın, yaşayın. Mən ayrılmaq üçün evlənməmişəm ki? Evlənmişəm ki, ailəm olsun, övladlarım olsun. Gələcəkdə nəvə, nəticəm olsun. Mənim işimlə bağlı planlarım var. Həm də ona doğru gedirəm”.

Cəmilə həyat yoldaşının keçmiş xanımının şikayətçi olmasından tutmuş Türkiyədə ona hər gün problem yaratmasından da söz açıb:

“O, bizi məhkəməyə verir, biz onu məhkəməyə veririk. O, bizdən şikayət edir, biz ondan şikayət edirik. Ailə həyatımız bax bu cür davam edir. O, bizim həyatımıza “rəng qatır da”. Teatrdır da, bizim üçün konsert verir.

Təsəvvür edin ki, mən özümüm sosial şəbəkə hesabımda foto paylaşıram, həmin qadın məndən şikayəçi olur. Sən demə, mən onu narahat edirəmmiş. Adama deyərlər ki, sənin mənim sosial şəbəkə hesablarımda nə işin var? Özü də mən səni blok etmişəmsə”.

Mən gülə-gülə danışıram. Ancaq vaxt varıydı ki, mən ağlayırdım, əziyyət çəkirdim. Həyat yoldaşma, onların ailəsinə göstərməməyə çalışırdım. Onların yanında gülürdüm. Ancaq özüm tənha otağa çəkilib ağlayırdım. Deyirdim ki, bu nə iş idi, mənim başıma gəldi?”

Aktrisa indiki işinin, sadəcə, yeyib yatmaq olduğunu qeyd edib:

“Yeyib yatmaqdan, bekarçılıqdan kökəlmişəm. Ev işlərini görürəm. Mən belə həyata alışmamışam. Düşünün ki, səhər saat 8-dən çəkilişə gedib, səhərə yaxın 5-də qayıdan adam indi ev işləriylə məşğuldur. Boş vaxt olanda da yeyib yatıram, əlbəttə ki”.

“Nə vaxt aktrisalığa davam edəcəksən?” sualına isə aktirsanın cavabı belə olub:

“Təkliflər var idi. Amma türk dilini zəif bildiyim üçün alınmadı. Desəm ki, məni baş rola çağırırlar, bu yalan olar. Amma mənə uyğun olan rollar var idi. Serialda ikinci, üçüncü dərəcəli rol idi. Amma türk dilim çox zəif olduğu üçün, təəssüf ki, gedə bilmədim. Baxdılar, yoxladılar, olmadı. Amma indi dondurmuşam. Türk dilimi mükəmməlləşdirməklə məşğulam. Tam hazırlaşım, incəsənətə geri dönüm, ondan sonra qarşınıza çıxım, özü də qonşu Türkiyədə”.

Xatırladaq  ki, aktrisa ötən ilin sentyabrında evlənib, Türkiyəyə gəlin köçmüşdü.

Qeyd edək ki, “ARB Ulduz”  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Tənha otağa çəkilib ağlayırdım..." - Cəmilə etiraf etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp