Tələbə anasına şikayətləndi, tanımadığı insan yardım etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu hadisəyə hələ də inanan bilmirəm. Deməli, dünya yaxşı insanlardan xali deyilmiş.

19 yaşlı tələbə Ella Yohanessen Facebook-dakı profilində belə yazıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Lids şəhərindəki Bekket Universitetində təhsil alan Ella “Virgin East Coast” qatarı ilə Piterbor şəhərindən Lidsə gedirdi.

Anası ona zəng vurub, hal-əhval tutub, poçtla yolladığı 35 funt-sterlinqin çatdığını soruşub.

Ella da anasına pulu ala bilmədiyini deyib: “Poçta getdim, dedilər yoxdur”. Bunu deyən Ella pulsuz qaldığını söyləyib, kövrəlib, ağlamağa başlayıb.

Söhbət bitəndən bir müddət sonra Ella kupedə oturduğu yerdə yuxuya gedib. Ayılanda isə bizinin üstündə hər biri 20 funtluq 5 əksinas qoyub.

Kupedəki sərnişin, onun tanımadığı insan bu pulları qoyub getmişdi.

“Yəqin o, anamla söhbətimi eşidib və mənə yardım etmək qərarına gəlib. Həmin xeyirxah insana minnətdarlıq edirəm”, – Ella Yohanessen söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp