Smartfonların qiymətləri 11 faiz bahalaşıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Analitiklər müasir smartfonların orta qiymətinin 11 faiz kəskin qalxdığını bildiriblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, “iPhone X” və “Galaxy Note 8” kimi bahalı populyar cihazların sayəsində baş verib ki, onlar da bazarda böyük tələbata malikdirlər.

Ötən il bir neçə iri şirkət özlərinin yeni smartfonlarını təqdim ediblər. Misal üçün, “Apple” korporasiyası özünün ən bahalı “iPhone X”nu buraxıb. GfK şirkətinin analitiklərinin məlumatına əsasən, 2017-ci ilin sonuncu rübündə smartfonların orta qiyməti ötən illə müqayisədə 11 faiz artıb. Tədarük olunan smartfonların əksəriyyəti faktiki olaraq bahalaşıb. Buna səbəb isə alıcıların dəyəri 1000 dollar olan “iPhone X” və qiyməti 930 dollar olan “Galaxy Note X” smartfonları əldə etmələridir.

 

Hazırda flaqman smartfonların orta qiyməti 600-700 dollar təşkil edir. Ucuz qənaətcil “Google Pixel 2Xİ” smartfonu isə 849 dollara qədər bahalaşıb. Ümumilikdə qiymətlərin artımı funksiyaların çoxluğu, böyük 5,5 düym ölçülü OLED ekranı və yüksək keyfiyyətli kameralarının olmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp