“Siyahıya düşənlər faktiki olaraq, ABŞ-ın düşmənləri adlandırılır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın “Kreml hesabatı”na daxil edilmiş siyasətçilər və iş adamları faktiki, ABŞ-ın düşmənləri elan olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“Bütün bunlar ABŞ-ın düşmənlərinə qarşı müqavimət haqqında qanuna əsasən edilir. Əgər siz mətni və bu sənədin başlığını oxusanız, görərsiniz ki, faktiki olaraq, həmin şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Yanaşma belədir”, – deyə D.Peskov söyləyib.

O, siyahının yayılmasını görünməmiş hadisə adlandırıb, lakin eyni zamanda, sənədi təhlil etmədən ona qiymət verməkdən çəkinib:

“Sənədi hələlik anlamaq çətindir. Ona görə də üzərində işlənməlidir ki, hansısa motivasiyanın olub-olmaması və oraya daxil edilmə və ya edilməmənin səbəbləri araşdırılsın. Hələ ki cavabdan çox sual var”. 

Qeyd edək ki, siyahıya D. Peskovun da adı salınıb. Lakin hələlik bu siyahı orada adları olan şəxslərə qarşı avtomatik sanksiyaların tətbiq ediləcəyi demək deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp