Sikkə ölçüsündə robot-cərrah düzəldilib – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Harvard Universiteti nəzdində Viss İnstitutunun alimləri oriqami texnikasından istifadə edərək “milliDelta” adlı miniatür robot-cərrah düzəldiblər. Robotun ölçüsü (diametri 19 mm təşkil edir) 1 sentlik sikkə boydadır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, miniatür ölçülü robot-cərrah onu unikal çeviklik, dəqiqlik və lazımi hərəkət sürəti ilə təmin edən pyezoelektrik qurğularla təchiz edilib. Robot 75 Hs tezlikdə işləyir. Onun yaradıcıları iddia edirlər ki, robot məhdud məkanda bir neçə mikrocərrahi əməliyyat yerinə yetirə bilər.

Alimlər sözügedən robotun yaradılması zamanı düz materiallardan mürəkkəb strukturlar yaratmağa imkan verən “Pop-up MEMS” texnologiyasından istifadə ediblər. Həmçinin “RoboBee” adlı uçan robotun yaradılmasında bu texnologiya tətbiq edilmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sikkə ölçüsündə robot-cərrah düzəldilib

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp