Samsung Galaxy S9 və S9+ təqdim olunacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Samsung” şirkətinin istehsalı olan yeni nəsil smartfonların təqdimat və çıxarılış tarixi dəqiq məlum olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, “Samsung” şirkəti “Galaxy S9” və “S9+” qabaqcıl smartfonlarını 25 fevral tarixində, Barselonada keçiriləcək “Mobile World Congress 2018” sərgisinin açılışından bir gün əvvəl təqdim edəcək.

Bundan başqa, qurğuların kameraları təkmilləşdirilib. Bundan əvvəl mətbuatda bildirilirdi ki, sözügedən smartfonlar peşəkar parametrlərə malik obyektivlərlə təchiz ediləcək.

Həmçinin məlumdur ki, smartfonlar şüşə korpus, 5,8 və 6,22 düymlük AMOLED displeylərlə təchiz ediləcək. Ən yeni “Exynos 9810” prosessoru aparatların məhsuldarlığını təmin edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp