Şəkidə intihara cəhd edən polis hospitaldan imtina etdi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Şəki rayonunda intihara cəhd edən polis əməkdaşı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, intihara cəhd edən polis əməkdaşı Elgün Rəsulov öz ərizəsi ilə evə buraxılmasını xahiş edib:
“Müalicə və müayinələrdən sonra onun vəziyyəti stabilləşdi. Əslində, biz onu Daxili İşlər Nazirliyinin hospitalına köçürməli idik. Lakin özü hospitala köçürülməkdən imtina etdi və evə buraxılmasını xahiş etdi. Biz də onun xahişini nəzərə alıb ambulator müalicəyə buraxdıq”.
Qeyd edək ki, yanvarın 24-də rayonun M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içərək intihara cəhd edib. Polis əməkdaşının intihara cəhd etməsinin səbəbi ailə münaqişəsi göstərilirdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin