Səhiyyənin inkişafı diqqət mərkəzindədir – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu il ərzində də əhalinin keyfiyyətli səhiyyə təminatı prioritet istiqmətlərdən olacaq. Regionların sosial iqtisadi inkişafı dövlət proqramının icrasının 4-cü ilinə həsr olunmuş təbridə prezident ilham əliyev bu məsələni xüsusi diqqətdə saxlayıb. Dövlət başçısı bu istiqamətdə qarşıya konkret vəzifələr qoyaraq tapşırıqlar verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əhaliyə göstərilən səhiyyə xidmətlərinin əhatəsinin genişləndirilməsi və keyfiyyətin artırılması birbaşa dövlət başçısının nəzarətindədir. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi bununla bağlı da il ərzində görüləcək işlərlə bağlı konkret tapşırıqlarını verib.

Dövlət başçısının sadaladığı rayonlardan Goranboyda inşa edilən xəstəxanada artıq beton işləri yekunlaşıb. Hazırda binanın daxilində arakəsmələr və suvaq işləri görülür. Layihəyə uyğun olaraq yeni tikilən tibb ocağının həyətində bir mərtəbəli yolxucu xəstəliklər və pataloji anatomiyya üçün bina, həmçinin qazanxana, çamaşırxana, su anbarı, transfarmator stansiyası da tikiləcək. Goranboy Rayon Mərkəzi Xəstəxanasının yeni binasının bu ilin sonuna kimi təhvil verilməsi gözlənilir.

Elə Qubada da inşaat işləri davam edir. Tibb ocağında suvaq işləri aparılır, rəngləmə işi görülür, qapı pəncərələr asılır. Binada kommunikasiya xətlərinin çəkilişi tamamlanıb.

Naftalanda tikilən xəstəxanada daş-hörgü işləri tam başa çatıb. 65 çarpayılıq Naftalan Şəhər Xəstəxanasında, şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, reanimasiya, mama-ginekologiya, pediatriya və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Tibb ocağının bu ilin aprel ayında təhvil verilməsi gözlənilir.

Milli Məclisin səhiyyə komitəsinin üzvü millət vəkili Musa Quliyev deyir ki, ölkədə mövcud olan səhiyyə müəssisələri keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün bütün zəruri şrəaitə malikdir. yeni inşa olunanlarda da bu standartlar gözləniləcək.

Növbəti hədəf isə icbari tibbi sığorta sisteminin tətbiqinin genişləndirilməsidir. Bununla səhiyyə xidməti keyfiyyət baxımından tamam yeni mərhələyə qədəm qoyacaq.

Onu da qeyd edək ki, bir sıra səhiyyə mərkəzləri nazirliyin tabeliyindən çıxarılacaq onların publik hüquqi şəxs statusunun verilməsi bu sahədə müasir idarə etmə sistemini qurmağa hesablanıb. Bu isə öz növbəsində , həm səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə həm də tbb personalıın həyhat şəraitinin daha da yaxşılaşdırılması deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Səhiyyənin inkişafı diqqət mərkəzindədir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp