Rusiyaya qarşı sanksiyalara dair məxfi brifinq keçirilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Senatın xarici işlər üzrə komitəsinin üzvü Ben Kardin özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.

Bundan əvvəl Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər.

Qeyd edək ki, 2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp