Rusiya və İtaliyanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri Ancelino Alfano sabah Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müzakirələr A.Alfanonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.

Bundan başqa, nazirlər İtaliyanın 2018-ci ildə ATƏT sədrliyinə fəaliyyət planını müzakirə edəcək.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp