Ronaldudan növbəti xəyanət – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Real”ın futbolçusu Kriştianu Ronaldu evlənməyə hazırlaşdığı Corcina Rodrigezə Rayan Sadjen adlı modellə xəyanət etmək istəyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2003-cü ildən tanış olub dostlaşan Rayan və Kriştianunun uzun müddətdir əlaqəsi olmasa da, futbolçu bu yaxınlarda yenidən modelə mesaj yazmağa başlayıb. Əvvəlcə dostcasına ismarıclar göndərən Ronaldo sonradan çərçivədən kənara çıxıb. Bunu görən Rayan bir neçə dəfə ona nişanlı olduğunu xatırlatsa da, lakin Kriştiano buna əhəmiyyət verməyib. Sonradan söhbətə modelin nişanlısı Oliver Mellor qarışıb və o, Ronaldodan Sadjendən uzaq durmağı tələb edib.

Qeyd edək ki, idmançının yayda nikah masasına oturmağa hazırlaşdığı sevgilisi Corcina Rodrigezdən bir qızı var. 

24 yaşı tamam olan Corcinya ad günündə Ronaldo ilə nahar edərkən görüntülənib. Cütlüyün bu mövzuya görə gərgin olduğu diqqətdən qaçmayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp