Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qaxda 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb.

Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri,  İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində  ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp