“Qarabağ”dan Riçard Almeydanın “Bursaspor”a keçəcəyinə dair iddialara MÜNASİBƏT



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Qarabağ” klubu futbolçu Riçard Almeydanın Türkiyənin “Bursaspor” komandası ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirib. 

Milli.Az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah Çelikel report-a açıqlamasında “timsahlar”dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Çelikel Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb. O, təcrübəli yarımmüdafiəçinin digər klublardan təkliflər almasının normal olduğunu vurğulayıb. 

Qeyd edək ki, “Doğan” agentliyi Riçard Almeydanın “Bursaspor”un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp