Öz uşağını öldürən narkoman ana: “Başından vurmuşdum” – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az bildirir ki, ARB TV-nin “Rezonans” verilişində bu dəfə öz övladını öldürən Sevinc Bayramovanın həbsxana hekayələri təqdim olunub.

Sevinc Bayramova (cəzası 14 il): “Uşaq evində böyümüşəm. Daha sonra məni övladlığa götürdülər. Arada söz-söhbət olduqdan sonra məcbur olub o evdən çıxdım. Bir oğlanla tanış olub evləndim. Övladımız olduqdan bir az sonra yoldaşım vəfat etdi. Məcbur olub kirayədə yaşamağa başladım. Ərim narkotikdən istifadə edirdi. Müalicənin də xeyri olmurdu. Özüm də bir neçə dəfə istifadə etmişdim. Evdə olanda yaşadığım oğlana zəng elədim ki, gələndə nəsə al, yeməyə heç nə yoxdur. Axşama yaxın gəldi yemək yedik. Sonra ev yiyəsi ağlaya-ağlaya məni çağırdı. Gördüm ki, uşağım yataqda uzanıb huşsuz halda. Tez həkimə apardıq, amma yolda keçindi. Aldığı zərbədən beyninə qan sızmışdı. Başından vurmuşdum. İmkansızlıq var idi, dolana bilmirdim ona da yemək ala bilmirdim. Möhkəm itələdim. Oğlan da qaçmaq istədi, dedi ki, mən yanında olmamışam. Amma çıxmaq istəyəndə polis içəri girdi. 14 il iş verdilər mənə”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Öz uşağını öldürən narkoman ana:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp