“Neftçi”nin Türkiyədə son matçı, “Zirə”nin ikinci sınağı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan “Neftçi” bu gün sonuncu yoxlama görüşünü keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” 5-ci sınaq matçında “Sileks” klubu ilə üz-üzə gələcək.

Makedoniya təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində hələlik 4 yoxlama görüşü keçirib. Sabah Bakıya qayıdacaq “ağ-qaralar” “SKA Xabarovsk”a (Rusiya) 1:8, “Slaviya”ya (Bolqarıstan) 0:1, “Konkordiya”ya (Rumıniya) 0:1, “Krılya Sovetov”a (Rusiya) isə 0:2 hesabı ilə məğlub olub.

Yoxlama görüşü

30 yanvar

17:00. “Neftçi” (Azərbaycan) – “Sileks” (Makedoniya)

Antalyada təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti dəfə yoxlama görüşündə qüvvəsini sınayacaq. Paytaxt təmsilçisi “Avanqard”la üz-üzə gələcək.

Baş məşqçi Ayxan Abbasovun komandası ikinci sınaq matçını Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda keçirəcək. Rusiya klubu ilə qarşılaşmanın start fiti Bakı vaxtı ilə 16:00-da səslənəcək.

Qeyd edək ki, “Zirə” Türkiyədəki ilk yoxlama görüşündə Rumıniya təmsilçisi “Volentaru” üzərində (2:0) qələbə qazanıb.

Yoxlama görüşü

30 yanvar

16:00. “Zirə” (Azərbaycan) – “Avanqard” (Rusiya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp