Metroda aksiya – Kitabla pul qazanmaq olacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Bakı Metropoliteni” QSC “Metroda oxu” adlı növbəti sosial-aksiya həyata keçirir.

Millli.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır: “Bizə çox maraqlıdır, siz – bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz və s.

Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu həştəqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz”.

Şöbə rəisinin sözlərinə görə, “Bakı Metropoliteni” QSC həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək. Bu kuponla aksiyanın birgə təşkil edildiyi kitab mağazasi şəbəkəsindən kitab almaq olar: “”Metroda oxu” adlı sosial-aksiya mayın 1-nə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir. Əziz dostlar, kitab oxuyun və bu aksiyada iştirak edin!”

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp