Keniyada polis gözyaşardıcı qazdan istifadə etdi
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Keniya polisi paytaxt Nayrobidə yolu qismən bağlayan NASA (“Milli superalyans”) müxalifət koalisiyasının tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Milli.Az report-a istinadən xəbər verir ki, müxalifət koalisiyasının tərəfdarları siyasi birliyin lideri, keçmiş baş nazir, prezident seçkilərində uduzmuş Raila Odinqanın “inaqurasiya”sına doğru hərəkət edir. “Andiçmə mərasimi”nin bu gün keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Keniyada prezident seçkiləri avqustun 8-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə hazırkı prezident Uhuru Keniata qalib gəlib. Seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkədə etiraz dalğası baş qaldırıb. Yerli KİV bu müddətdə doqquz nəfərin öldüyünü xəbər verib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində