“İnkişaf və tərəqqimizin əsasında lider-xalq birliyi və qətiyyəti dayanır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün, digər ölkələrdən fərqli olaraq Azərbaycanda təhlükəsizlik, sabtlik və sakitlik hökm sürür, bunun isə arxasında dayanan əsas faktor məhz lider-xalq vəhdəti, o cümlədən, xalqın iradəsidir.

Milli.Az bildirir ki, bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda irəli sürülən fikirlərə münasibətini bildirərkən deyib.

Ekspert qeyd edib ki, əgər lider və xalq birliyi mövcud olmasa, hər hansı bir inkişafdan, tərəqqidən danışmaq olmaz. Bunun isə təməli hələ 1993-cü ildə bilavasitə Azərbaycan xalqının iradəsi əsasında qoyulub: “Hələ o dövrlərdə ölkəmiz öz müstəqilliyini itirmək təhlükəsini yaşayarkən, ulu öndər Heydər Əliyevə müraciət etdi və onun ölkəyə rəhbərlik etməsi üçün qətiyyətini sərgilədi. Məhz həmin zamandan Azərbaycanda lider-xalq birliyi modeli formalaşmağa başladı. Bu gün, analoqu olmayan bu kimi əhəmiyyətli model tam vüsətlə tərəqqi edir, ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin şəxsində, xarizmasında özünü dünyaya təqdim edir”.

B.Quliyev vurğulayıb ki, ölkə başçısı hər bir azərbaycanlının prezidenti kimi xalqının, ölkəsinin qayğıları haqqında düşünüb: “Məhz bunun nəticəsidir ki, lider-xalq birliyi uzun müddətdir ki, öz mövcudluğunu qoruyub saxlayır və onun dayaqları, tarixi əsaslara söykənib”.

Ekspert həmçinin əldə edilən nailiyyətlərin, uğurların, qələbələrin də həmin amildən qaynaqlandığını bildirib: “Ölkə başçımız da öz çıxışında bildirib ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Prezident İlham Əliyev vuğulayıb ki, ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilib. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Bəli, əgər bu mühüm siyasi formul mövcud olmasaydı, bu gün biz hər hansı müstəqillikdən, inkişafdan danışa bilməzdik. Çünki sabitlik, sakitlik olmayan ölkələrdə nə investisiyalar qoyulur, nə inkişaf olur, əksinə siyasi-ictimai, həmçinin, sosial vəziyyət bilavasitə tənəzzülə uğrayır. Lakin bizdə – Azərbaycanda tamamilə əksinədir. İstər region dövlətləri sırasında, istərsə də beynəlxalq aləmdə hətta ən aparıcı ölkələrdə Azərbaycandakı qədər lider-xalq vəhdəti, eləcə də xalqın bu istiqamətdəki qətiyyəti mövcud deyil. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Dövlət başçımızın da vurğuladığı kimi, “Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrindən biridir””.

“Əgər biz dünyada baş verən qlobal problemlərə, kataklizimlərə nəzər salsaq, belə bir nəticəyə gələ bilərik”-deyə sonda qeyd edən B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin ölkə rəhbəri olaraq, xalqının siyasi lideri olaraq əsas hədəfi Azərbaycan xalqının maraqlarıdır: “Hər bir Azərbaycan vətəndaşı dövlətinə olan sədaqətini daha da möhkəmləndirərsə, bu iradəsini davamlı olaraq nümayiş etdirərsə, müstəqilliyimizin əbədiliyi, dönməzliyi daha da sarsılmaz əsaslara söykənəcək, Azərbaycan dünyanın lider ölkələri sırasında öz yerini möhkəmləndirəcək, beynəlxalq aləmdə daha mötəbər söz sahibinə çevriləcəkdir.”

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp