“Habilə 22 min manat verdim, yazılar kəsildi”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Xəyalə Məlikova 3 min manat, Hatəm Rəhimov 22 min manat verdiyini deyib. 

H. Əhmədov bildirib ki, işlətdiyi otel haqda yazılar yazıb əxlaqsızlıq yuvası kimi təqdim ediblər:  “22 min manat verdim, sonra yazılar kəsildi. Pulu Surxay vasitəsilə Habilə verdim”. 

Ramil Quliyev isə firması barədə yazılar dərc olunduğu üçün H.Vəliyevə zəng edib: “Dedi yaxşı edib yazmışam. Mən də məhkəməyə verdim, vəkilim Adəm Məmmədov idi. Məhkəmə vaxtı Habilin arxasında kimsə böyük adamın olduğunu hiss elədim. Adəm vasitəsilə məndən 4 min manat istəmişdi, amma pul vermədim. Şikayətim yoxdu”. 

H.Vəliyevim bacısı oğlu Pərvin Məmmədov “Cahargah” oteli epizodu ifadə verib: “Cahargah otelin sahibi Nofəl oranı əxlaqsız yuva kimi işlədirdi. Biz də bu haqda yazılar yazırdıq. Nofəlin özü redaksiyaya gəldi, Habil müəllim onu qovdu”.

Məlum olub ki, P. Məmmədov istintaqa ifadəsində deyib ki, dayısı otel sahibindən 5 min manat pul tələb edib.

Proses fevralın 8-də davam etdiriləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp