Hərracda böyük rəqabət: 9 əmlak üzrə 31 sifariş verilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci il ərzində 40 əmlakın özəlləşdirilməsi rəqabətli keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin əmlakların ilkin start qiyməti 556 min manatdan 1 milyon manata qədər yüksəlib. Nəticədə 445 min manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsinə imkan yaranıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 yanvar tarixində keçirilən növbəti hərracda da böyük rəqabət müşahidə olunub. Ümumilikdə, bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Sifaişlərdən 8-i isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Rəqabətli keçən 9 əmlakın ilkin start qiyməti 47 min 300 manatdan 61700 manata qədər yüksəlib.

Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. 11 nəfərin sifariş verdiyi Nissan Sunny markalı avtomobilin ilkin start qiyməti 2 min 300 manata olsada ən son 8700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Cherry Eastar olub. 6 sifarişin verildiyi adı çəkilən nəqliyyat vasitəsinin ilkin start qiyməti 1600 manat olmasına baxmayaraq 5350 manata sahibini tapıb. Bundan başqa Nissan Maxima markalı avtomobil də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 600 olsa da ən son 5300 manata özəlləşdirilib.

Özəlləşən kiçik dövlət müəssisəsi 47 saylı mağazadır. Yevlax şəhərində yerləşən əmlakın ümumi faydalı sahəsi 70 kv.m təşkil edir. Obyekt xidmət sahəsində investor üçün yaxşı gəlir gətirə bilər.

Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda, qalanları isə Mingəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investor üçün gəlir mənbəyidir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 60 kv.m-dir. Eyni zamanda Bakının Yasamal rayonunda yerləşən, sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sahəsində, ofis kimi fəaliyyət göstərməyə imkan verir. Bundan başqa ümumi faydalı sahəsi 31 kv.m olan, Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi də özəlləşən əlverişli əmlaklardandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp