Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristian yönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp