Füzulidə orta tunc dövrünə aid oyma daşlar aşkarlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Füzuli rayonunda orta tunc dövrünə aid qədim daşlar aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə reprot-a rayonun Tarix Diyarşunaslıq Muzeyinin şöbə müdiri Nailə Əsədli məlumat verib.

O bildirib ki, rayonun Böyük Bəhmənli kənd sakinləri çaydan qum-çınqıl daşıyan zaman fiqurlu oyma daşlar aşkar ediblər: “Ərazidən bir neçə belə daşın üzə çıxması sakinlərin diqqətini cəlb edib. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib və həmin daşlar toplanaraq muzeyə gətirilib. İlkin araşdırma zamanı məlum olub ki, əl əməyinin məhsulu olduğu görünən bu daşlar tarixi keçmişimizin bir parçasıdır. Orta Tunc dövrünün əvvəllərinə aid edilən oval və silindir şəkilli daşların tarixini daha dəqiq öyrənmək ücün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etmişik”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp