Füzulidə çay yatağından qədim dövrə aid daşlar tapılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Füzulidə çay yatağından qədim dövürə aid daşlar tapılıb. Oval və silindir şəkilli daşların qədim insanların məzarına qoyulduğu ehtimal edilir. Belə ibtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə edib, ondan müxtəlif əşyalar düzəldiblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yaşı tunc dövrünə aid, bir birindən fərqli qədim daşlar. Bu tapıntılar Füzuli rayonu ərazisində aşkarlanıb.

Rayonun Böyük Bəhmənli kənd sakinləri quru çaydan qum çınqıl daşıyan zaman fiqurlu oyma daşlar aşkar ediblər. Ərazidən bir neçə belə daşın üzə çıxması sakinlərin diqqətini cəlb edilib.

Rayonun Tarix Diyarşunaslıq muzeyinin əməkdaşları ərazidən tapılan bütün daşları toplayaraq muzeyə ekspanata kimi gətiriblər. Böyük marağa səbəb olan daşların yalınız birinin üstündə ilan təsvirləri yer alıb. Müxtəlif ölçülərdə olan 9 ədəd daşın əl əməyi olduğu bildirirlir. Daşların tarixini daha dəqiq öyrənmək üçün lazımi qurumlara müraciət olunub.

Muzey əməkdaşının sözlərinə görə, ibtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə edib, ondan müxtəlif əşyalar düzəldiblər.

Yeni tapıntılar tarixçilərlə bərabər yerli sakinlərin də diqqətini cəlb edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp