FBI direktor müavini vəzifəsini tərk edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Federal Təhqiqatlar Bürosunun (FBI) ikinci ən yüksək rütbəli rəsmisi büronu pensiyaya çıxmasına bir neçə həftə qalmış tərk edib. Endryu MkKeyb Prezident Donald Tramp tərəfindən “qərəzli” olmaqda ittiham edilmiş və tənqidə məruz qalmışdı.

FBI-da 22 il işləmiş MkKeyb son iki ildə direktor müavini vəzifəsində çalışmışdı. O, mart ayında təqaüdə çıxmağı planlaşdırırdı. Lakin rəsmilər bildirir ki, MkKeyb vəzifəsinin icrasını erkən dayandırıb və büroya qayıtmaq niyyəti yoxdur.

Milli.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, adının açılqlanmasını istəməyən rəsmi əlavə detal verməkdən imtina edib.

MkKeyb Tramp və Respublikaçıların Rusiyanın 2016-cı il prezident seçikilərinə müdaxiləsi ilə bağlı istintaqda önəmli rol oynayırdı. Belə ki, o, FBI-da işlədiyi zaman xanımı Cill MkKeyb ştat Senatı uğrunda mübarizədə sabiq Demokrat namizdə Hillari Klintona yaxın şəxsin rəhbərlik etdiyi qurumdan bir neçə yüz min dollar məbləğində siyasi ianə almışdı.

Tramp FBI-ın o zamakı direktoru Ceyms Komini işdən çıxaranda, qısa dönəmdə MkKeyb əvəzləyici direktor vəzifəsini icra ertmişdi.

Sabiq prokuror yardımçısı olmuş Kristofer Rey avqust ayında FBI-ın yeni direktoru təyin olunub.

Axios adlı xəbər portalı ötən həftə məlumat yaymışdı ki, Ədliyyə Naziri Ceff Sessions Reyə təzyiq göstərərək ondan MkKeybi işdən çıxarmağı xahiş etmişdi. Deyilənə görə, bu addımdan imtina edən Rey istefa verəcəyi ilə hədələmişdi.

Sonradan Prezident Tramp bu məlumatı təkzib edərək Reyin “işinin öhdəsindən yaxşı gəldiyini” demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp