Evində silah gizlədən şəxs saxlanıldı – DİN əməliyyat keçirdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Polis Nardaranda növbəti dəfə əməliyyat keçirib. Odlu silahı torpaqda basdıraraq gizlədən şəxs saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin əməkdaşları da silahlı şəxsləri tutaraq istintaqa cəlb edib.

3 il əvvəl odlu silahı basdırdığı yerdən çıxararaq polisə təhvil verdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Sabunçu Rayon 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə məlumatı daxil olub.Həmin gün Süleyman Süleymanov qəsəbə ərazisində saxlanılıb. O, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

Bölmə əməkdaşları orada olan tikilinin içərisində axtarış aparıblar və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 2015-ci ildə qəsəbədəki ”Rəhimə xanım” ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək basdırdığını bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə Natiq Ələkbərovun ”Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patronla tutub. Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir əməliyyati isə Sulutəpə qəsəbəsində keçirib. Nəticədə Sumqayıt şəhər sakini Yalçın Takuzadə saxlanılıb. Həmin vaxt onun üzərindən ”Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Hər üç fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp