Dünyanın ən qoca qorillalarından biri ölüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyanın ən qoca qorillalarından biri sayılan Vila adlı qorilla 60 yaşında ölüb. O, qorillaların adətən yaşadığı orta müddətdən 20 il çox yaşayıb.

San Diego şəhərində, Safari Park adlı zoopark Vilanın 1957-ci ildə Konqoda doğulduğunu bildirib.

Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin “matriaarxı” olub.

“Bu yaşda sağ qalan qorilla dünyada az tapılar”, – Kaliforniyada yerləşən zooparkın aparıcı əməkdaşı Peggy Sexton bildirib.

Qorillaların ömür uzunluğu, bir qayda olaraq, 35-40 yaş həddində olur.

Güman olunduğuna görə, hazırda sağ qolan ən qoca qorilla Arkanzas ştatındakı Little Rock zooparkında saxlanılan Trudy adlı 61 yaşlı qorilladır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp