Bu obyektlərdə yoxlamaların ləğvi təklif edilir…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququnun ləğvi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, “Sanitariya-epidomoloji salamatlıq haqqında” qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.

Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsinin 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla, digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.

Layihə plenar iclasa tövsiyə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp