Bu gün “partlaması” gözlənilən 10 transfer bombası



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropada transfer pəncərəsinin bağlanmasına iki gün qalır. Transferin son günlərində bəzi keçidlərin açıqlanması gözlənilir. 

Artıq Avropa mediası bu gün elan olunması gözlənilən 10 transfer bombasının siyahısını açıqlayıb.

Milli.Az fanat.az-a istinadən həmin siyahını təqdim edirik.

1. Zlatan İbrahimoviçin “Mançester Yunayted”dən ABŞ-ın “Los Anceles Qalaksi” klubuna keçidi gözlənilir.

2. Pyer-Emerik Aubameyanqın Dortmund “Borussiya”sından “Arsenal”a keçidi elan oluna bilər. London klubu bu futbolçu üçün almanlara 58 milyon avro ödəyəcək. Müqavilədə 5 milyon avroluq bənddə var.

3. Lukas Mouranın PSJ-dan “Tottenhem”ə 25 milyon avroluq transferi bu gün baş tuta bilər.

4. Edin Dzekonun “Roma”dan “Çelsi”yə icarəyə verilməsi gözlənilir.

5. Oliver Qiroudun “Arsenal”dan “Çelsi”yə transferi elan oluna bilər.

6. Mişu Batşuayinin “Çelsi”dən “Borussiya” (Dortmund) və ya “Sevilya”ya transferinin açıqlanması gözlənilir.

7. Niko Qaytanın “Atletiko”dan “Zenit” və “Suonsi”yə keçidi gözlənilir.

8. Xavyer Pastorenin PSJ-dən “İnter”ə keçidinin bu gün açıqlanacağı deyilir.

9. Aleyk Vidalın “Barselona”dan “Sevilya” və ya “Roma”ya icarəyə verilməsi bu gün elan oluna bilər.

10. Mark Bartranın Dortmund “Borussiya”sından “Betis”ə transferi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp