Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana yaradacaq
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi kosmosda ilk xəstəxana yaratmağı planlaşdırır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, BƏƏ-nin milli kosmik proqramının tərkib hissəsi olan bu layihə “Emirates Space Hospital” adlanacaq.
Xəstəxana kosmosda kosmonavtlara tibbi yardım göstərəcək.
Qeyd olunur ki, layihə 2020-ci ildə BƏƏ-nin Marsa missiyası ilə birgə işə düşəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində