Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Biləsuvarda yaşayan bir təsərrüfat sahibinin heyvanları kütləvi şəkildə ölür. Bir necə günun içərisində heyvanlar anidən hərəkət qabiliyyətini itirərək tələf olublar. Bəs bu hər hansı bir xəstəliyin göstəricisidirmi?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təsərrüfatındakı heyvanlar anidən ölməyə başlayıb. Mal-qara tələfatı Biləsuvar rayonunda yerləşən 4 saylı Cəbrayıl rayon Məcburi köçkün qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Alim Cavadova məxsus iri buynuzlu heyvanlar bir neçə gün ərzində tələf olmağa başlayıb.Təsərrüfat sahibinin sözlərinə görə ilkin olaraq heyvanlda zəifləmə müşahidə edilib, daha sonra hərəkət qabiliyyətini itirən həyvanlar qida da qəbul etməkdən imtina ediblər.

Son günlər iri buynuzlu heyvanları tələf olan Alim Cavadov bildirib ki, heyvanların xəstəliyə tutulma və tələf olma müddəti fərqli olur. Belə ki, bəzi heyvan 2 günə, bəziləri isə 8-9 gün ərzində xəstəliyin təsirindən ölür.

Hadisə baş verən təsərüfata sahə baytar həkimi, rayon eləcə də respubika baytarlq xidmətindən də mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb.Həmçinin sağlam heyvanlardan da qan nümunələri alınıb.

Rayon baytarlıq idarəsinin rəisi təsərrüfatın nəzarətə götürüldüyünü bildirib. İlkin diaqnoz heyvanların zəhərlənməsi göstərilsə də hələlik bu ehtimal olaraq qalır.

Qurumdan o da bildirildi ki, xəstləyin hər hansısa bir yoluxma ehtimalı yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp