Bakıda işıq dirəyinə çırpılan avtomobil yanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Xətai rayonunda avtomobil yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan “Hyundai Accent” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.

Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp