Azərbaycanlı müğənni mahnı oxuya-oxuya əməliyyat olundu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni Vüqar Muradov bu gün paytaxt klinikalarının birində əməliyyat masasına əyləşib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, ifaçı bildirib ki, əməliyyat yolu ilə artıq çəkilərdən azad olub: 

“Bu gün kompleksimdən azad olduğum gündür. Azərbaycanda müğənnilər arasında bir ilk imza atdım. Belə ki, mahnı oxuya-oxuya əməliyyat olundum. Belimə narkoz vuruldu. Və 3 litrə yaxın piy qarnımdan çıxarıldı. Bu 35 ilə yaxın yığılmış bir yağ idi. Nə qədər pəhriz saxladım, idman elədim, amma bu piylərdən azad ola bilmədim. Məcbur olub Mübariz həkimə müraciət elədim və artıq piylərdən azad oldum”.

Videonu izləmək üçün şəklə klikləyin:
Vüqar Muradov əməliyyat olundu - Mahnı oxuya-oxuya

Milli.Az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir