Azər­bay­candan İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları saxlanılıblar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin sərhəd gö­zətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu isti­qamə­tində sa­hildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) mü­şa­hidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram ma­rixu­ana, 1415 qram həşiş aşkarlanıb.

Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlan­mış vəziyyətdə qəhvəyi rəngli kisədə selofan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.

Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.   

Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp