Armud bu orqanın dostudur…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Armud ürəyi qoruyur: Bir çox mənbədə xərçəngə qarşı da qoruyucu xüsusiyyətinin olduğu armud, ürək xəstəliklərinə qarşı da tövsiyə edilir və bunun səbəbi isə, lif və bol antioksidant ilə zəngin olmasıdır.

Amerika Ürək Dərnəyinin bildirdiyinə görə, gündə bir armud yeyərək fәlç riskini 50% qədər azaltmaq mümkündür. Bundan başqa, armud infarkt keçirmə riskini və infarkta bağlı ölüm saylarını azaldır.

2-ci dәrәcәli diabet riskini salır: Müxtəlif araşdırmalar armudun insulin həssaslığını inkişaf etdirdiyini və 2-ci dәrәcәli diabet riskini azaltmaqda ən təsirli meyvələrdən biri olduğunu göstərib.

Armud lif baxımından zəngin bir meyvədir, ancaq qlisemik göstəricisi olduqca aşağıdır. Yəni qan şəkərini yavaş-yavaş qaldırıb yavaş-yavaş salır. Beləliklə, armudun qan şəkərini tarazlıqda tutduğunu deyə bilərik.

Orta boylu bir armud təxminən 100 kaloriyə sahibdir. Beləliklə, gün ərzində seçim ediləcək, həm ləzzətli, həm də sağlam bir qidadır.

C və K vitaminləri ilə yanaşı, armud B2, B3, B6 vitaminləri və misi də özündə saxlayır.

Kalium daşıdığından dolayı armud yüksək təzyiqin qarşısını almağa yardımçı olur.

Armudda olan bor maddəsi orqanizmin kalsiumu saxlaması üçün lazımdır. Beləliklə, armudu sümük əriməsinə qarşı bir tədbir kimi qəbul edə bilərik.

Armudda olan hidroksisinnamik turşu, mədə və ağciyər xərçənginin qarşısını almağa yardım edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp