“Ağıllı” linza yaradıldı – Qlükozanın səviyyəsini izləyəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mühəndisləri “ağıllı” kontakt linzası – gözyaşı mayesində qlükoza sensoru yaradıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena yaxın vericidən radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayan zaman diod sönür.

İndiyədək təklif olunan “ağıllı” kontakt linzaları prototiplərində (məsələn, Verily Life Sciences startapı) göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Yeni yaradılan linzada bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tam şəffafdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp