Ağdam sakini uşağını xəstəxanaya apararkən qəza törətdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, İsgəndər Səmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və onun arvadı Qənirə Səmədova ağır bədən xəsarətləri alıb.

aralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə azyaşlı uşağını xəstəxanaya çatdırmaq üçün sürücü avtomobili yüksək sürətlə idarə edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp