Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.

“Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp