Xarici ölkələrə səfər edən azərbaycanlı turistlərin STATİSTİKASI



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub.

Qeyd edək ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.

Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp